Sabiq prezident arvadını döyməkdə ittiham olunur

16:23 - 18 Fevral 2025

Sabiq prezident arvadını döyməkdə ittiham olunur

Argentinanın federal hakimi Xulio Erkolini keçmiş prezident Alberto Fernandesi vəzifədə olduğu müddətdə həyat yoldaşı Fabiola Yanezanı döyməkdə ittiham edib. 

 

Manset.az-ın əldə etdiyi məlumata görə, o, Alberto Fernandezə qarşı ittiham irəli sürmək üçün kifayət qədər sübutların olduğu qənaətinə gəlib.

Hakim bildirib ki, o prezident sarayında arvadını döyüb, boynundan tutub, sillələyib və s. Hakim Erkolini keçmiş prezidentin hesablarını bloklayıb.

Alberto Fernandes 2019-2023-cü illərdə Argentinanın prezidenti olub. O, özünü Argentinanın "ilk feministi" adlandırıb.

Alberto Fernandez hakimin qərarını şərh etməyib. Keçmiş prezident hakim Ercolinin qərarından apellyasiya şikayəti verə bilər və onun işinə daha sonra yuxarı instansiya məhkəməsi baxacaq.


Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin