MİDA-nın adından istifadə edənlər ifşa olunub - DTX-dən əməliyyat

16:10 - 18 Fevral 2025

MİDA-nın adından istifadə edənlər ifşa olunub - DTX-dən əməliyyat

Bakı şəhəri Səbail rayon məhkəməsi Azərbaycan vətəndaşı Şərifov Kənan Urfan oğlu barəsində həbs qətimkan tədbiri seçib.

 

Manset.az xəbər verir ki, Kənan Şərifov Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə müəyyən edilərək saxlanılıb. 

O, digərləri ilə birlikdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin adından saxta sənədlər hazırlayıb istifadə etməklə, müxtəlif ünvanlara, o cümlədən banklara göndərməklə çoxsaylı vətəndaşların külli miqdarda pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinir.


Xəbər xətti

21 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin