Fərid Qayıbov getdi - Yerinə Fərid Mansurov gəldi

13:39 - 18 Fevral 2025

Fərid Qayıbov getdi - Yerinə Fərid Mansurov gəldi

Xəbər verdiyimiz kimi, bu gün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinə yeni üzvlər seçilib.

 

Manset.az xəbər verir ki, siyahıda gənclər və idman naziri Fərid Qayıbov yer almayıb. 

Bununla da, ötən seçkidə vitse-prezident seçilən nazir bu vəzifəsini itirib. 

Onu bu postda isə güləş üzrə Olimpiya çempionu Fərid Mansurov əvəz edib. 

Qeyd edək ki, ötən dəfə vitse-prezident seçilən digər şəxslər -  Çingiz Hüseynzadə və Zemfira Meftahətdinova yenidən bu vəzifəyə seçiliblər. 


Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin