Qalmaqallı sabiq nazir müavini daha bir vəzifəsini itirdi

12:58 - 18 Fevral 2025

Qalmaqallı sabiq nazir müavini daha bir vəzifəsini itirdi

Bu gün Milli Olimpiya Komitəsinin IX Hesabat-seçki baş məclisi keçirilib.

 

Manset.az xəbər verir ki, görüşdə MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Keçmiş nazir müavini Mariana Vasilyeva İcraiyyə Komitəsinin üzvü seçilməyib.

Qeyd edək ki, 2021-ci ildə gənclər və idman nazirinin müavini təyin edilən xanım gimnast yanvarın 16-da işdən çıxarılıb. Mətbuatda onun işdən çıxarılma səbəbi kimi Azərbaycan gimnastika yığmasının üzvlərinə qarşı zor tətbiq etməkdə günahlandırılması göstərilib.


Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin