Bir sıra yollarında sürət həddi ENDİRİLDİ
20 Fevral 2025
13:53 - 18 Fevral 2025
Arıqlama kofeləri son illərdə çox istifadə edilən içkilərdən biridir. Əsasən arıqlama prosesini sürətləndirmək və yağ yandırmaq məqsədilə istifadə olunur. Bu kofelər bəzən əlavə maddələr və ya ekstraktlarla hazırlanır. Bəs, bu kimi içkilərin hansı zərərləri var?
Mövzu ilə bağlı Manset.az-a danışan sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova qeyd edib ki, bu kimi içkilər sağlamlıq üçün ciddi risklər yarada bilər:
"Bir çox insanlar bu gün arıqlamaq, daha asan və tez çəki vermək üçün bəzi üsullara əl atırlar ki, bu da mənşəyi bəlli olmayan arıqlama çayları və ya kofelərdir. Bunlar sağlamlıq üçün ciddi risklər yarada bilər. Onların tərkibi və istifadəsi bəzən uzunmüddət araşdırılmadan, qısa müddətdə çəki verməyə yönəldiyinə görə, insanlar onun sağlamlığına hansı zərər vura biləcəyini araşdırmadan istifadə edirlər".
Məhsəti Hüseynova bildirib ki, tərkibində istifadə olunan kimyəvi maddələr orqanizmin təbii funksiyalarını pozaraq, ona süni şəkildə müdaxilə olunduğuna görə, bir müddətdən sonra daxili orqanların funksiyasının pozulması ilə yanaşı onların sıradan çıxmasına səbəb ola bilər.
Xüsusilə bu gün arıqlama kofeleri şəklində satılan arıqladıcı vasitələr bir neçə aydan sonra ciddi mədə qanması, bağırsaqda problemlər eyni zamanda da ciddi fəsadlarla müşahidə oluna bilər. Tərkibində istifadə olunan maddələr zamanla qarında ciddi ağrılara, şişkinliyə, ishala gətirib çıxara bilər.
Qida mütəxəssisi onu da vurğulayıb ki, həkim məsləhəti olmadan belə məhsulların istifadəsi məsləhət görülmür:
"Çünki, həddindən artıq kofein və ya digər stimul xarakterli maddələrin orqanizmə təsiri fərqli ola bilər və bəzi insanların ürək döyüntüsü, narahatlıq və ya yuxusuzluq kimi problemlərlə qarşılaşmalarına səbəb ola bilər".
Seyranə Quliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin