Ödənişli yoldan istifadə edənlər üçün YENİLİK

09:55 - 18 Fevral 2025

Ödənişli yoldan istifadə edənlər üçün YENİLİK

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün "Sürətli Keçid Kartı"nın balansını artıq onlayn şəkildə də artırmaq mümkündür.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Belə ki, onlayn balans artırmaq üçün:

1. www.odenisliyol.az rəsmi internet səhifəsinə daxil olun.

2. "Balans artırma" bölməsini seçin.

3. Qeydiyyat zamanı təqdim edilmiş hesab məlumatlarını daxil edərək sistemə giriş.

4. "Mənim səhifəm" bölməsindən "Etiket vəziyyəti" alt bölməsinə keçid edin.

5. "Balans artırma" bölməsini seçin və bank kartı məlumatlarını daxil edərək ödənişi tamamlayın.

Kartın balansını satış məntəqələrində də artırmaq mümkündür.

Balans artırma və "Sürətli Keçid kartı"nın satış əməliyyatını yalnız nağdsız şəkildə həyata keçirmək mümkündür.

Xatırladaq ki, "Sürətli Keçid Kartı"nı aşağıdakı satış məntəqələrindən əldə etmək mümkündür:

- Bakı şəhəri üzrə 2, 5, 6, 7 saylı "ASAN xidmət" mərkəzləri.

- Sumqayıt şəhəri 2 saylı "ASAN xidmət" mərkəzi.

- Quba "ASAN xidmət" mərkəzi.

- Yaşma, Giləzi, Siyəzən, Gəndov, Quba, SDK (Xudat) ödəniş-keçid məntəqələri.

"Sürətli Keçid Kartı"nı əldə etmək üçün vətəndaş şəxsiyyət vəsiqəsini və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini təqdim etməlidir.

"Sürətli Keçid Kartı"nın istifadə qaydaları və əlavə məlumatlar üçün www.odenisliyol.az rəsmi internet səhifəsindən tanış olmaq mümkündür.

"Sürətli Keçid kartı"nın istifadəsi zamanı yaranan çətinlik və ya kart zədələndiyi halda satış məntəqələrinə və ya aidiyyəti ofislərə yaxınlaşmaq lazımdır.

Yaranmış çətinliklərlə bağlı *1009 nömrəli "Qaynar Xətt" ə zəng edərək dəstək xidməti almaq olar. Bundan başqa www.odenisliyol.az rəsmi internet səhifəsi üzərindən və ya [email protected] email ünvanına elektron məktubla müraciət etmək də mümkündür.


Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin