Qazaxıstanda 7 şaxtaçının cəsədi tapıldı

09:03 - 18 Fevral 2025

Qazaxıstanda 7 şaxtaçının cəsədi tapıldı

Qazaxıstanın Ulitau vilayətində şaxtanın çökməsi nəticəsində həlak olan yeddi şaxtaçının hamısının cəsədini tapıblar.

 

Manset.az-ın xəbərinə görə, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Kazakhmys Corporation LLP-yə məxsus şaxtada axtarış-xilasetmə əməliyyatları zamanı yeddinci işçinin meyiti tapılıb. Onun şəxsiyyəti müəyyənləşdirilir. 7 işçinin hamısının cəsədi səthə çıxarılaraq məhkəmə-tibbi ekspertizası üçün polis əməkdaşlarına təhvil verilib".

Fevralın 17-də axşam saatlarında “Kazakhmys” şirkətlər qrupu respublikanın Ulıtau rayonundakı “Chomart” mədənində süxurun uçması baş verdiyini, nəticədə 7 işçinin dağıntılar altında qaldığını, onlarla əlaqənin olmadığını bildirib. Daha sonra xilasedicilər dağıntılar yerində 6 cəsəd tapıblar.

Qazaxıstan hökuməti baş nazirin müavini Kanat Bozumbayevin rəhbərlik etdiyi insidentin səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradıldığını elan edib. 


Xəbər xətti

21 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin