Millimiz İrana qalib gəldi

14:30 - 17 Fevral 2025

Millimiz İrana qalib gəldi

Bu gün Azərbaycan U-17 millisi bu gün UEFA İnkişaf Kubokunda 2-ci tur oyununa çıxıb.

 

Manset.az xəbər verir ki, yığmamız Belarusun paytaxtı Minskdə təşkil olunan turnirdə İranla qarşılaşıb. Oyun Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
Yeganə qolu 47-ci dəqiqədə Amin Rzayev vurub.

Xatırladaq ki, millimiz ilk matında Rusiya ilə qarşılaşıb və böyük hesabla uduzub - 0:3. Komanda növbəti görüşünü Qazaxıstan millisinə qarşı keçirəcək. Matç fevralın 19-da oynanılacaq.

12:00. İran U-17 - Azərbaycan U-17 - 0:1
Qol: Amin Rzayev, 47


Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin