İlham Əliyev fərman imzaladı

13:54 - 17 Fevral 2025

İlham Əliyev fərman imzaladı

Azərbaycanda fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adlarında və səlahiyyətlərində dəyişiklik edilib.

 

Manset.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Ailə Məcəlləsinə və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanuna edilən dəyişiklikləri təsdiqləyib.

Bundan sonra komissiyaların “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar” şəklində adlandırılacaq.

Həmçinin, dəyişikliyə görə, uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar öz səlahiyyətləri daxilində təhsil müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yetkinlik yaşına çatmayanların işlədikləri müəssisələrdə, təşkilatlarda və idarələrdə onlar arasında tərbiyə işinin təşkilinin monitorinqini apara biləcəklər.


Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin