İlham Əliyev Türkiyə ilə bağlı bu sazişi təsdiqlədi

13:01 - 17 Fevral 2025

İlham Əliyev Türkiyə ilə bağlı bu sazişi təsdiqlədi

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.

 

Manset.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Qeyd edək ki, 2024-cü il noyabrın 15-də Bakı şəhərində imzalanıb.

Bundan başqa, dövlət başçısı "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Vyetnam Baş Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə fərmanı da imzalayıb.

Xatırladaq ki, bu sənəd 2024-cü il dekabrın 17-də Bakı şəhərində imzalanıb.


Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin