Prezident Pakistan Senatının sədrini qəbul etdi
20 Fevral 2025
10:51 - 17 Fevral 2025
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən 100 şirkətin adını açıqlayıb.
Manset.az xəbər verir ki, siyahıda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Kapital Bank”, “Azercell Telekom”, “Bakcell”, “Paşa Bank”, “Azerlotereya”, “Lukoil-Azərbaycan” kimi şirkətlərin də adı var.
Siyahıya dair şərh verən deputat Vüqar Bayramov bildirib ki, Dövlət Vergi Xidməti növbəti dəfə siyahı açıqlayan zaman ümumi yüzlük deyil, siyahıların “qeyri-neft” və “qeyri-dövlət” üzrə qruplaşdırılması daha məqsədəuyğun olar.
Deputat qeyd edib ki, vergi güzəştlərində bu anlayışlardan istifadə olunduğu üçün siyahı hazırlanan zaman həmin meyarların nəzərə alınmasına ehtiyac var:
“Digər tərəfdən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Dövlət Gömrük Komitəsi (DGK) vasitəsilə vergi ödəyiciləri üçün də uyğun siyahıların hazırlanması məqsədəuyğun olardı. DSMF-yə ödənişlər üzrə ilk yüzlüyün açıqlanması hansı şirkətlərin sosial təminata daha çox töhfə verdiyini göstərə bilər. DGK vasitəsilə ödənişlərdə ilk yüzlüyün elan edilməsi isə o sahədə şəffaflığın gücləndirilməsi baxımdan vacibdir. Belə siyahıların elan edilməsi vergi ödəyicilərini də daha şəffaf işləməyə stimullaşdırar və vergidən yayınma hallarını azaltmış olar”.
Sözügedən siyahını təqdim edirik:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin