Prezident Pakistan Senatının sədrini qəbul etdi
20 Fevral 2025
10:31 - 17 Fevral 2025
Suriya Mülki Aviasiya İdarəsi ilə Qətər Mülki Aviasiya İdarəsi arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, Qətər Mülki Aviasiya İdarəsinin rəsmi dəvəti ilə keçirilən danışıqlar nəticəsində tərəflər mülki aviasiya sektorunda əməkdaşlığı gücləndirmək qərarına gəliblər.
Məlumata görə, anlaşma memorandumu mülki aviasiya xidmətləri, o cümlədən aeronaviqasiya xidmətləri və infrastruktur sahəsində əməkdaşlığın gücləndirilməsi, eləcə də təlim və inkişaf sahələrində birgə işlərin həyata keçirilməsini əhatə edən əsas maddələrdən ibarətdir.
Suriya nümayəndə heyəti Qatar Airways əməliyyatlarının idarə edilməsi mərkəzinə baş çəkib və Suriya Hava Yolları ilə Qatar Airways arasında mümkün əməkdaşlığı müzakirə edib.
Qətər tərəfi Suriya mülki aviasiya personalı və Suriya Hava Yollarının əməkdaşlarını Qətərdə öyrətməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Qatar Airways 2024-cü ilin dekabrında Əsəd rejiminin süqutundan sonra yanvarın 7-də yenidən açılan Dəməşq Beynəlxalq Hava Limanına kommersiya uçuşları həyata keçirən ilk beynəlxalq aviaşirkət olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin