Sahəsi eyni olan evlər fərqli qiymətə satılır - XƏBƏRDARLIQ

10:10 - 17 Fevral 2025

Sahəsi eyni olan evlər fərqli qiymətə satılır - XƏBƏRDARLIQ

Kvadratı eynidir, lakin bir, iki, bəzən də üçotaqlı mənzil adı ilə satılır. Hətta belə mənzillər arasında kifayət qədər qiymət fərqi də olur.

 

Manset.az Xəzər TV-yə istinadən məlumat verir ki, əmlak eksperti Ramil Osmanlı bildirib ki, mənzillərin layihədə nəzərdə tutulmayan otaqlara bölünüb daha baha qiymətə satılması halları getdikcə kütləvi hala çevrilir.

Ekspert deyir ki, mənzil tikinti koorperativləri tərəfindən layihələndirilən binalarda bu cür mənzillərin otaq sayının dəyişdirilməsi halı olarsa, gələcəkdə onlara sənəd alınmasında çox ciddi problemlər yaranır.

Vətəndaşlar bu məsələdə diqqətli olmalıdırlar.

"Layihəsi dəyişdirlmiş, amma sənədi olmayan mənzillərin alınması sonradan sənədləşmə ilə bağlı problemlər yarada bilər", - deyə ekspert vurğulayıb.

Ətraflı süjetdə:

 


Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin