HƏMAS Qəzzada hakimiyyətin təhvil verilməsinə razılıq verdi

09:23 - 17 Fevral 2025

HƏMAS Qəzzada hakimiyyətin təhvil verilməsinə razılıq verdi

Fələstinin HƏMAS hərəkatının rəhbərliyi  Qəzza zolağında hakimiyyəti administrasiyaya və anklavın idarə olunması üzrə hökumət komitəsinə təhvil verməyə hazır olduğu bildirib.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, “HƏMAS” Qahirədə danışıqlar zamanı Misirin təzyiqi ilə qəbul etdiyi qərarını Fələstin Azadlıq Təşkilatının rəhbərliyinə göndərdiyi məktubda açıqlayıb.

HƏMAS yalnız şərt qoyub ki, Qəzza əməkdaşları yeni administrasiyaya qaytarılsınlar və ya maaşlarının ödənilməsi zəmanəti ilə təqaüdə çıxsınlar.

HƏMAS-ın məktubu Qəzza zolağında atəşkəsin ikinci mərhələsi və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi üzrə danışıqlara hazırlıq kontekstində göndərilib. Bu danışıqlar fevralın 17-dən 23-dək aparılacaq. İkinci mərhələ qalan bütün israilli girovların azad edilməsini nəzərdə tutur.


Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin