Prezident Pakistan Senatının sədrini qəbul etdi
20 Fevral 2025
23:25 - 16 Fevral 2025
Yol qəzasında aldığı zədə səbəbindən “Dakar” rallisinin dördqat qalibi, fransız Matye Bomelin ayağı amputasiya ediləcək.
Manset.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
Yanvarın 28-də Monte-Karlo rallisi zamanı Bomel avtomobildə yaranan nasazlığı düzəltmək üçün yolun kənarında dayanıb. Bu zaman digər avtomobil onu vurub.
Qeyd edək ki, 49 yaşlı Bomel 2015, 2019, 2022 və 2023-cü illərdə “Dakar” rallisinin qalibidir. Bomel qətərli Nasser əl-Attiyah üçün şturman olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin