Avropa Parlamentinin deputatı Aİ liderlərini sərt tənqid etdi

22:40 - 16 Fevral 2025

Avropa Parlamentinin deputatı Aİ liderlərini sərt tənqid etdi

Avropa Parlamentinin Bolqarıstandan olan deputatı Petar Volqin hesab edir ki, Avropa İttifaqının hazırkı liderləri səriştəsizdirlər və qarşıdan gələn dəyişikliklərə adekvat qərarlar qəbul etmək iqtidarında deyillər.

 

Manset.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, Avropa Parlamenti üzvlərinin və rəhbərlərin əksəriyyəti - Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və başqaları bu gün baş verənlərlə bağlı heç nə başa düşmürlər:

“Ukraynanın qələbəsi ilə bağlı son illərin mantralarından istifadə etməyə davam edirlər. Özlərini Avropa liderləri adlandıranlar Ukraynadakı münaqişənin həlli üçün danışıqlarda iştirak etməkdə təkid edərək reallıqdan necə uzaq olduqlarını nümayiş etdirilər, bu da sadəcə təəccüblüdür, baxmayaraq ki, onlar həqiqətən də xüsusi bir şey deyillər.

Əslində, onlar indi messencer funksiyalarını yerinə yetirir, məktubları idarələrə çatdırırlar və bu, onların əllərində olan maksimum intellektual səydir.

Danışıqlarda yalnız qərar qəbul edə bilən və mövcud problemlərin həlli variantlarını görə bilənlər iştirak edir. Avropa göstərdi ki, o, mənalı qərarlar qəbul etmək iqtidarında deyil, lakin mən inanıram ki, o, son nəticədə Ukraynanın bərpası, daha doğrusu, ondan qalanları ödəməli olacaq”.


Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin