Prezident Pakistan Senatının sədrini qəbul etdi
20 Fevral 2025
21:35 - 16 Fevral 2025
ABŞ Hökumətinin Effektivliyi Departamentinin rəhbəri, milyarder İlon Mask son iki ildə ən azı 18 ölkədə sağçı siyasi qüvvələri dəstəkləyib.
Manset.az xəbər verir ki, bu barədə NBC televiziya şirkəti məlumat yayıb.
Nəşrin hesablamalarına görə, bu ölkələrə ABŞ-dən başqa Argentina, Braziliya, Böyük Britaniya, Venesuela, Macarıstan, Almaniya, İsrail, Hindistan, İrlandiya, İtaliya, Niderland, Yeni Zelandiya, Kanada, Rumıniya, Salvador, Türkiyə və Cənubi Afrika Respublikası daxildir.
Vurğulanıb ki, Maskın “Tesla” və “SpaceX”in rəhbəri kimi qlobal şöhrəti, eləcə də 217 milyondan çox izləyicisi olan X səhifəsi sağçı siyasi hərəkatların xeyrinədir. Bundan əlavə, ABŞ prezidenti Donald Tramp hakimiyyətə qayıtdıqdan sonra Mask xarici liderlərə Ağ Evlə daha bir əlaqə kanalı təklif edə bilər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin