Cüdoçularımız "Böyük Dəbilqə"ni 5 medalla başa vurdu

21:10 - 16 Fevral 2025

Cüdoçularımız

Azərbaycan cüdoçuları Bakıda keçirilən "Böyük Dəbilqə"ni beş medalla başa vurublar.

 

Manset.az xəbər verir ki, yarışın sonuncu günündə idmançılardan heç biri mükafat qazana bilməyib.

Əjdər Bağırov (100 kq) üçüncü yer uğrunda görüşdə Niyaz Bilalova (IJF), Kənan Nəsibov (+100 kq) yaponiyalı Kanta Nakanoya uduzub.

[19:01, 2025-02-16] Tebriz Sport: Qeyd edək ki, daha əvvəl Zelim Tçkayev (81 kq) qızıl, Rəşid Məmmədəliyev gümüş, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) bürünc medala sahib çıxıblar.


Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin