Prezident Pakistan Senatının sədrini qəbul etdi
20 Fevral 2025
17:10 - 16 Fevral 2025
Türkiyə Dəməşq hava limanını bərpa edir.
Manset.az TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
O, bildirib ki, bunun üçün Suriyaya gedən 25 nəfərlik komanda artıq işlərə başlayıb.
Nazirin sözlərinə görə, Türkiyədən Suriyaya müxtəlif texnoloji vasitələr, o cümlədən 10 X-ray cihazı, səkkiz əl detektoru da aparılıb. Bu, aeroportun təhlükəsizliyinin daha güclü təmin olunması üçündür.
A.Uraloğlu qeyd edib ki, Türkiyə Suriyanın hava nəqliyyatını gücləndirmək üçün işləri davam etdirəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin