Prezident Pakistan Senatının sədrini qəbul etdi
20 Fevral 2025
16:00 - 16 Fevral 2025
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında (1-ci cəhd) 3 nəfərdə mobil telefon, 1 nəfərdə isə qanunla istifadəsi və satışı qadağan olunan mini kameralı eynək, xüsusi ötürücü qurğu və qulaqlıq aşkar olunub.
Bu barədə Manset.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Müvafiq hallar protokollaşdırılaraq həmin şəxslər imtahandan xaric olunublar. Hazırda qeyd olunan qayda pozuntuları ilə bağlı araşdırma aparılır.
DİM bir daha imtahan iştirakçılarını bu cür hərəkətlərdən çəkinməyə çağırır və bu hərəkətlərə yol vermiş şəxslər, onları bu işə təhrik edənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcəyini nəzərə çatdırır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin