“Qarabağ”ın sabiq hücumçusu yeni klubunda

15:20 - 16 Fevral 2025

“Qarabağ”ın sabiq hücumçusu yeni klubunda

"Qarabağ”ın sabiq futbolçusu Adama Diakabinin yeni klubu bəlli olub.

 

Manset.az xəbər verir ki, fransalı hücumçu Rumıniyada çıxış edəcək. 

O, “Politexnika Yaşi”yə keçib. Bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, 28 yaşlı futbolçu 2023-2024-cü illərdə “Qarabağ”da oynayıb və 33 matçda 7 qol vurub. O, Ağdam təmsilçisini tərk edəndən sonra “Bandırmaspor”a (Türkiyə) keçsə də, orada möhkəmlənə bilməmişdi. 


Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin