ABŞ İsrailə MK-84 hava bombaları göndərdi

15:12 - 16 Fevral 2025

ABŞ İsrailə MK-84 hava bombaları göndərdi

ABŞ Prezidenti Donald Trampın Bayden administrasiyasının ağır MK-84 bombalarının İsrailə tədarükünə qoyulmuş qadağanı aradan qaldırdıqdan sonra onların bir partiyası Aşdod hava limanına çatdırılıb.

 

Manset.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"ABŞ hökumətinin təsdiqlədiyi 2 min kiloluq ağır bomba yükü İsraildə qəbul edilərək boşaldılıb. MK-84 ağır sursatları daşıyan gəmi Aşdod limanına yanaşaraq boşaldılıb. Sursat onlarla yük maşınına yüklənərək İsrail Hərbi Hava Qüvvələrinin bazalarına daşınıb", - məlumatda bildirilir.

İsrailin müdafiə naziri İsrael Katz deyib ki, bu ABŞ ilə möhkəm ittifaqın daha bir sübutudur.

Departament qeyd edib ki, İsrail üçün sursatların tədarükü və daşınması davam edir: "Bu günə qədər 678 hava və 129 dəniz daşımaları ilə İsrailə 76 min tondan çox hərbi texnika göndərilib".


Xəbər xətti

19 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin