Prezident Pakistan Senatının sədrini qəbul etdi
20 Fevral 2025
10:25 - 16 Fevral 2025
Braziliyanın cənub-şərqində, San-Paulo ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
Manset.az xəbər verir ki, bu barədə yerli G1 məlumat verib.
Məlumata görə, hadisə Kuadra şəhərində baş verib. Səmaya qalxandan bir müddət sonra təyyarə qamışlıq sahəyə düşüb, nəticədə göyərtəsində olan 77 yaşlı kişi və 74 yaşlı qadın həlak olub.
Qeyd olunur ki, təyyarə yerli mülki aviasiya xidmətində qeydiyyatda olub, müvafiq yoxlamadan keçib və saz vəziyyətdə olub.
Qəzanın səbəbləri araşdırma nəticəsində müəyyən ediləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin