"HƏMAS gələcəkdə Qəzzanı idarə etməyi planlaşdırmır" - KİV

01:00 - 16 Fevral 2025

HƏMAS gələcəkdə Qəzzanı idarə etməyi planlaşdırmır.

 

Manset.az xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, radikal təşkilatın nümayəndələri təsdiqləyiblər ki, atəşkəs sazişinin hər üç mərhələsində ona əməl etmək niyyətindədirlər və gələcəkdə Qəzza zolağının idarə olunmasında iştirak etməyəcəklər:

"Misir hazırda anklavın sakinlərinə yardım göstərilməsi və onun bərpasına cavabdeh olacaq müvəqqəti komitənin yaradılması ilə bağlı intensiv danışıqlar aparır. Əlavə məlumat verilmir".

HƏMAS hələlik bu xəbərlərə münasibət bildirməyib.


Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin