NATO Baş katibindən ÇAĞIRIŞ

20:30 - 15 Fevral 2025

NATO Baş katibindən ÇAĞIRIŞ

NATO-nun Baş katibi Mark Rutte Avropa və ABŞ arasında Ukrayna nizamlanması ilə bağlı hər hansı əsaslı fikir ayrılığı görmür.

 

Manset.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu o, Münxen Təhlükəsizlik Konfransında bildirib.

"Amerikalılar razıdırlar ki, davamlı sülh təmin edilməlidir. Ona görə də gəlin şikayət etməyək, bizi danışıqlara dəvət etmədiyinə görə təəssüf etməyək. Gəlin, konkret ideyalar təklif edək, müdafiə xərclərini artıraq, Ukrayna üçün hərbi təlim keçək", - o qeyd edib.

Rutte əlavə edib ki, bu məsələdə konkret təkliflərə ehtiyac var.


Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin