Tətildən sonra ilk dərs günü nə vaxtdır?

19:50 - 15 Fevral 2025

Tətildən sonra ilk dərs günü nə vaxtdır?

Xəbər verdiyimiz kimi, Azərbaycanda Novruz və Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yeri dəyişdirilib. 

 

Manset.az xəbər verir ki, bununla da Azərbaycanda Novruz və Ramazan bayramları ilə bağlı tətil 12 gün olacaq. Yəni mart ayının 20,21,22,23,24,25, 26, 27, 28, 29, 30 (bazar günü), 31-i qeyri-iş günləri olacaq.

Qeyd edək ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü Azərbaycanda qeyri-iş günüdür. Həmin gün şənbəyə düşdüyünə görə qeyri-iş günü avtomatik martın 10-a sürüşürdü. Sözügedən qərarla martın 10-u və aprelin 1-i iş günü hesab edilir.

Beləliklə, mart ayındakı bütün bayramları nəzərə alsaq, beşgünlük məktəblərdə 12 gün, altıgünlük məktəblərdə isə ümumlikdə 13 gün dərs olmayacaq.Tətildən sonra ilk dərs günü aprelin 1-nə təsadüf edəcək.


Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin