“Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti DAYANDIRILIR
14 Fevral 2025
20:50 - 13 Fevral 2025
Yaponiyanın Özünümüdafiə Qüvvələri və ABŞ Silahlı Qüvvələri fevralın 24-dən 27-dək raket və hava hücumundan müdafiə üzrə birgə təlimlər keçirəcək.
Manset.az xəbər verir ki, bu barədə Yaponiyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
“Təlimlərin məqsədi regionda sülh və sabitliyə fəal töhfə vermək üçün Yaponiya və ABŞ arasında etibarlı raketdən müdafiə şəbəkəsinin yaradılması üçün taktiki bacarıqları təkmilləşdirmək, əməkdaşlığı gücləndirmək və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaqdır”, - məlumatda deyilir.
Qeyd olunur ki, Yaponiyada baş tutacaq təlimlər, həmçinin ballistik raket zərbələrinə qarşı imitasiya və birgə hava hücumundan müdafiə əməliyyatlarını əhatə edəcək.
Komitədən verilən məlumata görə, təlimlərə Yaponiya Özünümüdafiə Qüvvələrinin quru və dəniz bölmələri, 94-cü Hava və Raket Hücumundan Müdafiə Komandanlığı, 38-ci Hava Hücumundan Müdafiə Artilleriya Briqadası, ABŞ Silahlı Qüvvələrinin 7-ci Donanmasının və 5-ci Hərbi Hava Qüvvələrinin gəmiləri qatılacaq.
Qeyd edək ki, bu cür təlimlər 2017-ci ildən başlayaraq səkkizinci dəfə keçirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin