Sabah bu ərazilərdə qaz OLMAYACAQ
13 Fevral 2025
16:05 - 13 Fevral 2025
2025-ci il 01 yanvar tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 27.380,2 milyon manat olub. Bu 2024-cü il üzrə 126.337,0 milyon manat məbləğində olan Ümumi Daxili Məhsulun (ÜDM) 21,7 faizini təşkil edib.
Manset.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin "2024-cü il üzrə Dövlət Borcuna dair Statistik Bülleten”ində məlumat dərc olunub.
Qeyd olunub ki, ümumi dövlət borcunun 8.720,5 milyon manatı (5.129,7 milyon ABŞ dolları) və ya 31,8 faizi xarici dövlət borcunun, 18.659,7 milyon manatı və ya 68,2 faizi daxili dövlət borcunun payına düşür.
Bu il yanvarın 1-nə 18 milyard 659,7 milyon manat təşkil etmiş daxili dövlət borcunun 9 milyard 506 milyon manatını dövriyyədə olan dövlət qiymətli kağızları, 9 milyard 153,7 milyon manatını isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəlikləri təşkil edib.
Məlumata görə, hesabat tarixinə dövlət qiymətli kağızlarının 17,5 %-i 1 illik, 72,4 %-i 2 və 3 illik, 10,1 %-i isə 5 il və daha artıq müddətli olub.
Dekabrın sonuna dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 1,47 il təşkil edib. Daxili maliyyə bazarında mövcud tələbatın əsasən qısamüddətli (3 ilə qədər) dövlət istiqrazlarında cəmlənməsi, daha uzun müddətə (5-7 illik) malik xəzinə istiqrazlarına isə marağın olmaması dövlət istiqrazları üzrə OÖM-nin aşağı düşməsinə səbəb olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin