Xalq artistinin oğlu yüksək vəzifəyə getdi - FOTO

14:13 - 13 Fevral 2025

Xalq artistinin oğlu yüksək vəzifəyə getdi - FOTO

Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib.

 

Manset.az-ın məlumatına görə, bu vəzifəyə Hikmət Abdullayev gətirilib.

Qeyd edək ki, Hikmət Abudllayev Xalq artisti Ağaxan Abdullayevin oğludur. 

O, 2015-2019-cu illərdə Azərbaycan Milli Konservatoriyasının “Xalq Çalğı Alətləri” fakültəsində kamança ixtisası üzrə təhsil alıb.

2019-cu ildən etibarən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində müəllim olaraq fəaliyyət göstərir.
 

 

 



Xəbər xətti

13 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin