Türkiyənin yeni səfiri Fəxri və Şəhidlər xiyabanında - FOTOLAR

12:49 - 13 Fevral 2025

Türkiyənin yeni səfiri Fəxri və Şəhidlər xiyabanında - FOTOLAR

Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgün fevralın 13-də Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

 

Manset.az xəbər ki, əvvəlcə səfir Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb.

Sonra Şəhidlər xiyabanına gələn Türkiyə səfiri Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər düzülüb. Eyni zamanda, “Əbədi məşəl” abidəsi ziyarət olunub.

Daha sonra B.Akgün Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət edib, abidə önünə əklil qoyub.



Xəbər xətti

14 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin