"Ukraynanın bərpası 230 milyard dollara başa gələcək" - Bloomberg

11:49 - 13 Fevral 2025

Ukraynaya dəstək vermək və öz silahlı qüvvələrini genişləndirmək Avropanın ən böyük ölkələrinə növbəti 10 il ərzində əlavə 3,1 trilyon dollara başa gələ bilər.

 

Manset.az xəbər verir ki, bu barədə "Bloomberg Econimics" məlumat yayıb.

Xüsusilə, agentliyin hesablamalarına görə, Ukrayna Silahlı Qüvvələrinin bərpası 10 il ərzində təqribən 175 milyard dollara başa gələ bilər və bu, nizamlama əldə edilən zaman onun qoşunlarının vəziyyətindən asılıdır. 40 000 nəfərlik sülhməramlı qüvvə eyni müddət ərzində təxminən 30 milyard dollara başa gələcək.

Bloomberg yazır ki, vəsaitin əsas hissəsi NATO-nun Brüsseldəki mənzil-qərargahında aparılan son müzakirələrə uyğun olaraq, Aİ üzv dövlətlərinin silahlı qüvvələrinin gücləndirilməsinə və ümumi müdafiə büdcəsinin ÜDM-in 3,5%-nə qədər artırılmasına yönəldiləcək. Əlavə vəsait artilleriya ehtiyatlarının, hava hücumundan müdafiə sistemlərinin və raket sistemlərinin maliyyələşdirilməsinə yönəldiləcək. Bloomberg Economics-ə görə, borc hesabına maliyyələşdirilsə, NATO-nun beş ən böyük Avropa üzvü növbəti on il ərzində daha 2,7 trilyon dollar borc almağa ehtiyac duyacaq.

Bloomberg qeyd edir ki, Avropa yükün böyük bir hissəsini öz üzərinə götürməyə hazır deyil.

Bundan əlavə, "Bloomberg Economics" Ukraynanın binaların və infrastrukturun bərpasına təxminən 230 milyard dollar xərcləməli olacağını proqnozlaşdırır. Eyni zamanda, agentliyin məlumatına görə, hazırda Ukraynanın bərpa ehtiyacları ilə vəd edilən maliyyə arasında 130 milyard dollar fərq var. Agentlik qeyd edir ki, bu, istənilən iqtisadi canlanmanı təhdid edir və Ukraynanın uzunmüddətli dayanıqlığına xələl gətirə bilər.


Xəbər xətti

13 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin