Sabah bu ərazilərdə qaz OLMAYACAQ
13 Fevral 2025
09:35 - 13 Fevral 2025
Filarmoniyada Polad Bülbüloğlunun yubiley konserti keçirilib
Manset.az xəbər verir ki, fevralın 12-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli müğənni, bəstəkar, Xalq artisti Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunan konsert keçirilib.
Gecədə dirijor Murtuza Bülbülün rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər – Xalq artisti Samir Cəfərov (tenor), Əməkdar artisti Ramil Qasımov (tenor) və Dmitri Sitkovetski (violin, Böyük Britaniya) dinləyicilər qarşısında çıxış ediblər.
Proqramda Azərbaycan xalq mahnıları “Bəri bax”, “Qara tellər”, “Xumar oldum”, “Noleydi” (səs və simfonik orkestr üçün işləyəni P.Bülbüloğlu), Polad Bülbüloğlunun “Konsert valsı”, “Məhəbbət və Ölüm” baletindən süita (“Meydanda bayram", “Ölüm dairəsi”, “Yaralı əsgərin gəlişi”, “Qara Məlikin faciəsi”, “Final”), simfonik rəqslər (“Qızların rəqsi”, “Şərq rəqsi”, “Yallı” – ilk ifa), violin və simfonik orkestr üçün konsert (“Agitato”, “Allegro”, “Lento”, “Vivo”) və “Rapsodiya” əsərləri səsləndirilib.
Yubilyar bəstəkarın da izlədiyi konsert proqramı alqışlarla qarşılanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin