"Kanada heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacaq" - Trüdo

00:25 - 13 Fevral 2025

Kanadanın Baş naziri Castin Trüdo ölkəsinin heç vaxt ABŞ-nin 51-ci ştatı kimi tərkibinə daxil olmayacağını bəyan edib.

 

Manset.az xəbər verir ki, bu barədə o, Brüsseldə jurnalistlərlə bildirib.

“Tam aydın danışmaq istəyirəm: Kanada heç vaxt 51-ci ştat olmayacaq. Bu heç vaxt baş verməyəcək”, – o söyləyib.

Eyni zamanda, Kanada Baş naziri qeyd edib ki, Ottava ABŞ Prezidenti Donald Trampın bu cür bəyanatlarına çox ciddi yanaşır.

Xatırladaq ki, fevralın 9-da Tramp Kanadanı “yaşamaq qabiliyyəti olmayan ölkə” adlandırıb və müdafiə xərclərinin yetərincə olmadığını bildirərək yenidən onun 51-ci Amerika ştatı olmasını təklif edib. Həmin gün daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts bildirmişdi ki, Ağ ev rəhbəri Kanadaya hərbi müdaxilə planlaşdırmır.


Xəbər xətti

13 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin