Sabah bu ərazilərdə qaz OLMAYACAQ
13 Fevral 2025
20:50 - 12 Fevral 2025
Binəqədi rayonu, Biləcəri qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Xəzər rayonu ərazisində “Hacı Mövlan” ölçü qovşağı üzərində filtrin quraşdırılması, Xəzər rayonu, Mərdəkan qəsəbəsində qaz xəttinin mövcud mənbəyə qoşulması məqsədilə,13.02.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Manset.az xəbər verir ki, Azəriqaz İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə Biləcəri qəsəbəsinin, Xəzər rayonu üzrə Qala kəndinin, Şüvəlan və Mərdəkan qəsəbələrinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin