Finlandiyada döyüş sursatı üçün partlayıcı maddələr zavodu tikiləcək

00:25 - 1 Fevral 2025

Finlandiyada döyüş sursatı üçün partlayıcı maddələr zavodu tikiləcək

Finlandiyanın Pori şəhərində partlayıcı maddələr istehsal edən zavod tikiləcək.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Antti Hakkyanen mətbuat konfransında bildirib.

"İnvestisiyanın məqsədi Qərb ölkələrində döyüş sursatı istehsalını kifayət qədər səviyyəyə çatdırmaqdır. Müdafiə Nazirliyinin rəhbərlik etdiyi layihə Avropada artilleriya və minaatan sursatlarının istehsalının artırılması üçün böyük əhəmiyyət kəsb edəcək. Sərmayələr, həmçinin Ukraynaya uzunmüddətli dəstəyin davam etdirilməsinə töhfə verəcək", - o bildirib.

Yeni zavod Polşadan sonra Avropa İttifaqında partlayıcı maddələr istehsalı üzrə ikinci zavod olacaq. Zavod 2028-ci ildə tikiləcək və trotil istehsalına başlayacaq.

Antti Hakkyanen yanvarın 31-də Müdafiə Qüvvələrinə Finlandiyanın partlayıcı maddələr istehsalçısı olan “Forcit” şirkəti ilə trotil ekvivalentində partlayıcı maddələrin alınması üzrə 10 illik niyyət sazişi imzalamağa səlahiyyət verib.


Xəbər xətti

1 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin