Müğənninin vəziyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA

13:56 - 31 Yanvar 2025

Müğənninin vəziyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA

Faytonçu Nazimə ilkin olaraq işemik insult diaqnozu qoyulub.


Bu barədə Manset.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 30-da saat 22:22-də Nəsimi rayonu, H.Əliyev prospekti ərazisindən yıxılma səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən müğənni Pişyari (Faytonçu) Nazim qapalı kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

"Müğənni Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib. Xəstəyə neyrocərrah baxışı olub, zəruri müayinələrdən keçirilib.

Xəstə müayinələrdən sonra işemik insult diaqnozu ilə özəl müəssisələrdən birinə hospitalizasiya olunub", - məlumatda qeyd edilib.

 

***
12:21

Müğənni Nazim Pişiyari (Faytonçu) xəstəxanaya yerləşdirilib. 


Manset.az Axsam.az-a istinadən xəbər verir ki, sənətçi işemik insult keçirib. Küçədə yıxılan Nazim qapalı kəllə beyin travması da alıb. 

O, hazırda özəl xəstəxanalardan birində müalicə alır.

N.Pişiyarinin yaxınları ilə əlaqə saxlamağa çalışsaq da cavab verən olmayıb.



Xəbər xətti

31 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin