Qumbaranı evə azyaşlı gətiribmiş - TƏFƏRRÜAT
31 Yanvar 2025
10:16 - 31 Yanvar 2025
Belçikada “Skeyes” hava hərəkətinə nəzarət sisteminin nasazlığı səbəbindən təxminən 7500 metr hündürlükdə olan bütün təyyarələr qonşu ölkələrə yönləndirilib. Jurnalistlər aydınlaşdırıblar ki, bu təyyarələrdən birində Slovakiyanın baş naziri Robert Fitso olub.
Manset.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Siyasətçi Brüsseldə Avropa Komissiyasının rəsmiləri ilə görüşə gedirdi. Nəticədə, nazirin olduğu təyyarə geri dönərək Slovakiyaya qayıtmalı olub.
Hava hərəkətinə nəzarət edən rəsmilər “Skeyes”-in kompüter sisteminin "düzgün işləmədiyini" etiraf ediblər. Fövqəladə vəziyyət bir saatdan çox davam edib, sistem yenidən işə salındıqdan sonra hər şey normala dönüb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin