Məhəmməd Əmin Rəsulzadənin DOĞUM GÜNÜDÜR
31 Yanvar 2025
13:30 - 30 Yanvar 2025
Mingəçevir Dövlət Universitetinin əməkdaşlarının əmək haqqısı artırılıb.
Manset.az xəbər verir ki, müvafiq qərar Universitetinin Elmi Şurası tərəfindən qəbul edilib.
Yeni qərara əsasən universitetin əməkdaşlarının əmək haqqı orta hesabla 15% artırılıb.
Bu qərar universitetin inkişafına daha da töhfə vermək və işçilərin sosial rifahını yaxşılaşdırmaq məqsədi daşıyıb.
Mingəçevir Dövlət Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən, Tədris işləri üzrə prorektor Üzeyir Zeynalov qərarın universitetin əməkdaşlarının əməyinin layiqincə qiymətləndirilməsi və onların fəaliyyətinə daha da stimul verilməsi məqsədini daşıdığını vurğulayıb. O, həmçinin, bu addımın universitetin daha da güclənməsinə və yüksək səviyyədə təhsil təmin etməyə yönəlmiş olduğunu qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin