Sabah bu ərazilərdə qaz OLMAYACAQ
30 Yanvar 2025
12:14 - 30 Yanvar 2025
“İcbari tibbi sığortanın tətbiqinin əsas məqsədi ondan ibarətdir ki, insanlara tibbi xidmət əlçatan olsun, əhalimizin hamısı sağlam olsun”.
Manset.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Milli Məclisdə “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusuna həsr olunan dinləmədə bildirib.
Z.Əliyev qeyd edib ki, ilkin səhiyyə xidməti bunun təşkilində ən böyük rol oynayan hissədir: “Bizim üçün ən vacib məsələ odur ki, əhalimiz yaşadığı regiondan asılı olmayaraq, hansı bölgədə yaşayırsa, orada hər birinə bərabər şəkildə tibbi xidmətin əlçatanlığı təmin olunsun. İlkin səhiyyə xidməti hansı ölkədə güclüdürsə, həmin ölkədə insan ömrünü uzadır, əhali daha sağlam yaşayır. İlkin səhiyyə xidməti əlaqələndirici zəncirin bir hissəsidir. İlkin səhiyyə xidməti nə qədər güclü olsa, müraciət edən şəxs düzgün şəkildə əlaqələndiriləcək. Burada söhbət sadəcə göndərişdən getmir”.
Agentlik sədri əlavə edib ki, regionlarda məntəqələrin yenidən qurulması üçün maliyyə resursu lazımdır:
“Biz keçən ilin mart ayından bütün regionlarda kənd və məntəqələri gəzmişik, vəziyyətlərini qiymətləndirmişik. Hazırda bizim əlimizdə baza formalaşıb ki, harda məntəqələr nə vəziyyətdədir və harda tibbi personal var. Təbii ki, bunun üçün maliyyə resursu lazımdır ki, onlar hamısı yenidən qurulsun, bərpa edilsin. Eyni zamanda onların tibbi personalla təmin olunmasının da həlli istiqamətində Səhiyyə Nazirliyi ilə birlikdə inanıram ki tədbirlər görəcəyik.
Biz artıq keçən həftədən Bərdədə də olduq və pilot layihə başlayıb. Bərdə ona görə seçilib ki, orda bütün tibb məntəqələrində həkim var, bu yaxşı göstərici idi. Təbii ki orda tibb məntəqələrinin vəziyyəti ilə tanış olduq. Düşünürəm ki, bizim apardığımız islahatla paralel oloaraq pilot layihə kimi Bərdədən də istifadə etsək, bunu digər rayonlara da tətbiq edə bilərik. İnanırıq ki, yaxın bir neçə ildə müsbət nəticələr əldə edə bilərik və əhalimiz bundan daha yaxşı yararlanacaqlar”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin