Almaniyada nümayiş keçirilir

21:15 - 29 Yanvar 2025

Almaniyada nümayiş keçirilir

Berlində Brandenburq qapısı yaxınlığında müəssisələr və işəgötürənlər ittifaqlarının nümayəndələrinin nümayişi keçirilir.

 

Manset.az Almaniya KİV-ə istinadən xəbər verir ki, etirazçılar Almaniyanın hazırkı iqtisadi siyasətində köklü dəyişikliklər tələb edirlər.

Nümayiş iqtisadiyyatın müxtəlif sahələrindən yüzlərlə müəssisəni və işəgötürənlər birliklərini birləşdirən “Aktionsb ndnis Wirtschaftswarntag” alyansı tərəfindən təşkil olunub.

Alyansdan bildirilib ki, nümayiş fevralın 23-də keçiriləcək növbədənkənar seçkilərdən sonra formalaşdırılacaq gələcək hökumətə iqtisadiyyatın dəstəklənməsi üçün islahatların aparılmasının zəruriliyi ilə bağlı işarədir.

Oxşar etiraz aksiyaları Hamburq, Münhen, Ştutqart və Lingendə, eləcə də bir sıra müəssisələrdə keçirilir.


Xəbər xətti

30 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin