NATO-nun Baş katibi Pentaqonun rəhbəri ilə müdafiə xərclərini müzakirə etdi

19:40 - 29 Yanvar 2025

NATO-nun Baş katibi Pentaqonun rəhbəri ilə müdafiə xərclərini  müzakirə etdi

NATO-nun Baş katibi Mark Ryutte Pentaqon rəhbəri Pit Heqsetlə telefon danışığından sonra müdafiə xərclərinin artırılması üçün əməkdaşlığa hazır olduğunu bildirib.

 

Manset.az xəbər verir ki, Baş katib bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Alyansı gücləndirmək məqsədilə müdafiə sənayesi sahəsində istehsalın həcmini və müdafiə xərclərini daha da artırmaq üçün sizinlə işləməyi səbirsizliklə gözləyirəm", - o qeyd edib.

Xatırladaq ki, ABŞ Senatı yanvarın 25-də Pit Heqseti Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə təsdiqləyib.


Xəbər xətti

30 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin