Qırğızıstanda təmiz şəhər inşa ediləcək

18:40 - 29 Yanvar 2025

Qırğızıstanda təmiz şəhər inşa ediləcək

Qırğızıstanda Kemin-Siti adlı ilk ekoloji təmiz şəhərin inşa edilməsi planlaşdırılır.

 

Manset.az xəbər verir ki, müvafiq fərmanı ölkə Prezidenti Sadır Japarov imzalayıb.

353,3 hektar ərazisi olan yaşayış məntəqəsi Çuy vilayətinin Kemin rayonunun ərazisində yerləşəcək.

Kemin-Sitinin tikinti konsepsiyası cari ilin iyun ayının 1-dək hazırlanacaq.

Layihənin həyata keçirilməsinin rayonun iqtisadi inkişafına şərait yaradacağı və sosial sabitlik səviyyəsini yüksəldəcəyi gözlənilir.


Xəbər xətti

30 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin