Bakı sakinləri səs verirlər - Bələdiyyə seçkisində son vəziyyət

15:06 - 29 Yanvar 2025

Bakı sakinləri səs verirlər - Bələdiyyə seçkisində son vəziyyət

Bələdiyyə seçkisinin gedişatı ilə bağlı son məlumatlar diqqətə çatdırılıb.



Manset.az Baku TV-yə istinadən xəbər verir ki, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 5 saylı seçki məntəqəsində müşahidəçi Sevinc Həbibova səsvermənin şəffaf keçdiyini, heç bir qayda pozuntusu aşkarlanmadığını bildirib.

Qeyd edilib ki, sözügedən seçki məntəqəsində seçici aktivliyi müşahidə edilir.

"Məntəqədə 1 409 seçici qeydiyyata alınıb. Daşınan qutu üçün 10 sakin müraciət edib. Məntəqə üzvü onların yaşadıqları ünvanlara gedərək səsvermə hüquqlarını təmin edəcək", - deyə məntəqə sədri İlahə Carçıyeva bildirib.

24 saylı Nizami birinci seçki dairəsinin 9 saylı seçki məntəqəsində də seçicilərin səsvermədə fəal iştirak etdikləri vurğulanıb.

"1 487 seçici qeydiyyata alınıb. Artıq 265 nəfər səsvermə hüququndan istifadə edib", - deyə məntəqə sədri Vüsalə Məmmədova məlumat verib.

Daha ətraflı videomaterialda:


Xəbər xətti

30 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin