PSJ-nin 59 azarkeşi həbs olundu

13:47 - 29 Yanvar 2025

PSJ-nin 59 azarkeşi həbs olundu

Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunun Almaniyanın “Ştutqart” və Fransanın “Paris Sen-Jermen” klublarının qarşılaşacağı matç ərəfəsində azarkeşlər arasında gərgin vəziyyət yaranıb. Mümkün münaqişənin qarşısını almaq üçün 59 azarkeş həbs edilib.

 

Manset.az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.

Qeyd olunur ki, həbs olunanların hamısı “Paris Sen-Jermen” klubunun azarkeşləridir.

"Ştutqart" - "Paris Sen-Jermen" matçı sabah, yanvarın 30-da keçiriləcək. Komandalar Almaniyanın Ştutqart şəhərindəki “Ştutqart Arena”da qarşılaşacaqlar. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

"Paris Sen-Jermen" Çempionlar Liqasının ümumi turnir cədvəlində 22-ci yerdədir. Yeddi matçda komanda 10 xal toplayıb. “Ştutqart” 10 xalla 24-cü yerdədir.


Xəbər xətti

31 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin