ABŞ-da böyük vərəm epidemiyası aşkar edildi - 2 nəfər ÖLDÜ

13:31 - 29 Yanvar 2025

ABŞ-da böyük vərəm epidemiyası aşkar edildi - 2 nəfər ÖLDÜ

ABŞ-nin Kanzas ştatında vərəm epidemiyası qeydə alınıb və artıq 2 nəfər ölüb.

 

Manset.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Xəstəliyin ilk halları bir il əvvəl qeydə alınıb, o vaxtdan bəri 67 nəfər müalicə olunub, gizli xəstəliyin 79 daşıyıcısı müəyyən edilib.

“Virusun yayılması ilə bağlı hallar ilk dəfə 2024-cü ilin yanvarında qeydə alınıb. Ötən il isə iki vərəm qurbanı qeydə alınıb” - Kanzas Səhiyyə və Ətraf Mühit Departamentinin sözçüsü Jilla Bronaugh deyib.

Hazırda təsdiqlənmiş 67 xəstəliyə yoluxma halı var və xəstəliyin tezliklə sürətlə yayılacağı gözlənilir. Vərəmin yayılmasının səbəbləri açıqlanmır.


Xəbər xətti

30 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin