Sabah bu ərazilərdə qaz OLMAYACAQ
30 Yanvar 2025
09:47 - 29 Yanvar 2025
ABŞ Prezidenti Donald Trampın administrasiyası humanitar məsələlər istisna olmaqla, xarici ölkələrə maliyyə yardımını dayandırmaq qərarından “qismən geri çəkilib”.
Manset.az xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qəzet yazır ki, Tramp administrasiyası “həyat qurtaran humanitar yardım” adlandırdığı yeni istisnalara icazə verməklə ABŞ-nin demək olar ki, bütün xarici yardım proqramlarını dayandırmaq əmrini qismən ləğv edib.
Qeyd edilir ki, dövlət katibi Marko Rubionun federal qurumlara və yardım alanlara ünvanladığı memorandumda deyilir ki, bu cür proqramlar “dayandırılıbsa, davam etdirilməli və ya bərpa edilməlidir”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin