İspaniya Ukraynaya 10 milyon avroluq yardım göndərəcək

22:45 - 28 Yanvar 2025

İspaniya Ukraynaya 10 milyon avroluq yardım göndərəcək

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Ukraynaya səfər edib və humanitar yardım üçün əlavə 10 milyon avro ayrıldığını açıqlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin press-relizində deyilir.

Məlumata görə diplomat Ukraynaya səfəri zamanı ölkə hakimiyyətinə İspan Əməkdaşlıq Agentliyindən humanitar yardım kimi 10 milyon avro ayrıldığı və bu məbləğin münaqişənin başlanmasından bu yana İspaniyanın indiyə qədər verdiyi 100 milyon avroya əlavə olunacağı barədə məlumat verib.

Məlumatda həmçinin bildirilir ki, 7 minə yaxın ukraynalı hərbçi artıq İspaniyada təlim keçib.


Xəbər xətti

30 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin