Qəzada ölən İcra Hakimiyyəti əməkdaşının FOTOSU
30 Yanvar 2025
16:40 - 28 Yanvar 2025
Azərbaycanın Yunanıstandakı Səfirliyinin birinci katibinin diplomatik fəaliyyətinə xitam verilib.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə XİN-dən sorğuya cavab olaraq bildirilib.
Qeyd edilib ki, Rəhman Şahhüseynli adlı əməkdaş, həqiqətən də, Azərbaycanın Yunanıstandakı Səfirliyində birinci katib vəzifəsində işləyib. Onun bu vəzifədə çalışdığı müddətdə diplomatik xidmətə zidd olan bir sıra əməlləri ilə bağlı Xarici İşlər Nazirliyinə verilmiş məlumat əsasında XİN tərəfindən müvafiq xidməti araşdırma aparılıb.
Bir neçə ay ərzində Rəhman Şahhüseynlidən və digər şəxslərdən izahat alınmaqla aparılmış araşdırma zamanı məlum olub ki, R.Şahhüseynli diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törədib. Bununla yanaşı, R.Şahhüseynlinin şikayətində qeyd etdiyi kimi, onun səfir və digər bir əməkdaş tərəfindən fiziki təzyiqə məruz qaldığı barədə iddialar həqiqəti əks etdirmir.
Aparılmış araşdırma və sübut edilmiş faktlar əsasında sözügedən əməkdaş 2024-cü ilin sentyabr ayında səfirlikdən geri çağırılıb və diplomatik xidmətdə fəaliyyətinə xitam verilib.
Ümumilikdə, qeyd edilən keçmiş əməkdaşın XİN-in mərkəzi aparatında da çalışdığı müddətdə bəzi xətalara yol verdiyi, bunun nəticəsində ona 2021-ci ilin noyabr ayında töhmət verildiyi məlumdur.
***
15:28
Azərbaycanın Yunanıstandakı səfirliyində biabırçı hadisə baş verib.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, səfir Arif Məmmədov və yaxın dostu, ikinci katib Qafqaz Aslansoy birlikdə Rəhman adlı birinci katibi döyüblər.
Qeyd edək ki, səfir Arif Məmmədov bu təyinata qədər Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri vəzifəsində çalışıb.
Daha sonra isə Azərbaycan Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin