Konqoda ağır döyüşlər - 17 nəfər ÖLDÜ

00:30 - 28 Yanvar 2025

Konqoda ağır döyüşlər - 17 nəfər ÖLDÜ

Konqo Demokratik Respublikasının Qoma şəhərində Konqo ordusu ilə 23 Mart Hərəkatı (M23) qruplaşmasının üsyançıları arasında dünən gecədən başlayan döyüşlər nəticəsində azı 17 nəfər ölüb, 367 nəfər yaralanıb.

 

Manset.az xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.

“Döyüşlər davam etdiyindən xəstəxanada cərrahlar böyük yaralı axınının öhdəsindən gəlmək üçün gecə-gündüz işləyirlər”, - agentliyin mənbəsi qeyd edib.

Qoma həkimləri şəhər sakinlərini yaralıları xilas etmək üçün qan verməyə çağırıb.

Ölən və yaralananların sayı barədə rəsmi məlumat yoxdur.


Xəbər xətti

29 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin