Bu ölkədə yaşayan əcnəbilərə PİS XƏBƏR

07:40 - 28 Yanvar 2025

Bu ölkədə yaşayan əcnəbilərə PİS XƏBƏR

Finlandiya hökuməti əcnəbilərə daimi yaşayış icazəsi almaq üçün təqdim edilən tələbləri sərtləşdirən qanun layihəsi hazırlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Hökumətin proqramının məqsədi miqrantları Finlandiya cəmiyyətinin qaydalarına öyrətməyə, işləməyə və dil öyrənməyə təşviq etməkdir. Uğurlu inteqrasiya daimi yaşayış icazəsi almaq üçün ilkin şərt ola bilər”, - Finlandiyanın daxili işlər naziri Mari Rantanen deyib.

Məlumata görə, daimi yaşayış icazəsinin alınması üçün tələb olunan fasiləsiz yaşama müddətinin 4 ildən 6 ilədək artırılması təklif edilir.

Daimi yaşayış icazəsi 4 illik yaşayışdan sonra da əldə edilə bilər, lakin bunun üçün bir sıra alternativ şərtləri yerinə yetirmək lazımdır: müraciətçinin illik gəliri azı 40 min avro olmalıdır; o, Finlandiyada tanınan ali təhsil dərəcəsinə sahib olmalıdır və ya ölkədə aspirantura təhsili almalıdır və 2 illik iş təcrübəsinə malik olmalıdır; müraciətçi fin və ya isveç dilini mükəmməl bilməlidir və 3 illik iş təcrübəsinə malik olmalıdır.

DİN-in məlumatına görə, cinayət məsuliyyəti olan şəxslərə qarşı da tələblər sərtləşdirilir.


Xəbər xətti

30 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin